Xəbər lenti

Rihannadan Fələstin-İsrail münaqişəsinə münasibət - FOTO
Dünya07:16 16.07.2014

Rihannadan Fələstin-İsrail münaqişəsinə münasibət - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir müddət əvvəl “Fələstinə azadlıq” tvitini yayıb sonra da silən meqastar Rihanna yenidən bu mövzuya qayıdıb.

Qaynar.info-nun Anspress-ə istinadən məlumatına görə, dünyanın ən məşhur R&B ifaçısı yazıb: “Gəlin sülhə və Fələstin-İsrail münaqişəsinin sürətlə başa çatmasına dua edək. Ümid varmı?..” Rihanna öz tvitini qardaşlaşmış Fələstin və İsrail gənclərinin şəkili ilə dəstəkləyib.

Qeyd edək ki, üç israilli uşağın ölü tapılmasından sonra İsrail Qəzza sektorunu aramsız raket atəşinə tutaraq intiqam alır. Bu günə qədər 140-a yaxın adam ölüb, onlarla bina dağıdılıb. Dünya ictimaiyyəti İsraili qisasçılıqdan uzaq durmağa və israilli uşaqların öldürülməsinin istintaqını aparmağa çağırır.

Qaynar.info