Xəbər lenti

RKK-nın Bryansk əməliyyatından Ukraynanın xəbəri olub - Hərəkatın lideri
Dünya10:21 04.03.2023

RKK-nın Bryansk əməliyyatından Ukraynanın xəbəri olub - Hərəkatın lideri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya Könüllülər Korpusu”nun komandiri Denis Nikitin bildirib ki, Ukrayna hakimiyyəti onların Bryansk vilayətində əməliyyat keçirməsindən xəbərdardır. Razılaşma olmadan qrup sadəcə sərhədi keçdiyi zaman məhv edilərdi.
"Mənim gecə qaranlıqda oradan keçə biləcəyimi necə ağlınıza gətirirsiniz? Orada minalanmış körpülər, kameralar, termal kameralı pilotsuz təyyarələr, gizli müşahidə postları var. Heç kimlə razılaşmasaydım (Ukrayna Silahlı Qüvvələrində), məncə, biz sadəcə məhv olardıq", - Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bunu Nikitin Financial Times-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Bryansk vilayətində keçirilən əməliyyatda 45-ə yaxın adam iştirak edib, onların bəziləri Rusiya Federasiyası ərazisindəki yeraltı şəbəkənin partizanlarıdır. Kəndlərin birində həqiqətən də atışma olub, lakin Nikitin mülki itkilər barədə heç nə bilmədiyini bildirib. "Bryansk vilayətindəki əməliyyat ruslara nə qədər müdafiəsiz olduqlarını hiss etdirdi”, - Nikitin deyib.
"Onlar (Rusiya Federasiyasının hakimiyyət orqanları - UNİAN) nə qədər müdafiəsiz olduqlarını hiss edirdilər. Biz ən ciddi mühafizə altında olmalı olan sərhəd zonasında qaçır və işimizi görürdük... Əsas o idi ki, ruslara bəzi şeyləri xatırladaq... Yəni Siz nəsə edə bilərsiniz. Biz bu Kreml qəsbkarlarını hakimiyyətdən uzaqlaşdırmaq istəyən hər kəsi dəstəkləyəcəyik”, - Nikitin bildirib.
Alpər