Xəbər lenti

Robert De Niro: "Tramp təmiz dəlidi, neçə nəfərin öldüyü vecinə deyil"
Dünya14:18 15.05.2020

Robert De Niro: "Tramp təmiz dəlidi, neçə nəfərin öldüyü vecinə deyil"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hollivud ulduz Robert De Niro ABŞ prezidenti Donald Trampı sərt sözlərlə tənqid edib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, aktyor Trampın noyabrda keçiriləcək seçkilərdə yenidən prezident seçilməkdən başqa bir şey düşünmədiyini deyib və onu dəli, fırıldaqçı adlandırıb.
"Ağ ev nümayəndələri başımızdakı bu dəlinin sərsəmləmələrinin ətrafından qıvrılırlar. Bu dəhşətli bir şeydi. Neçə nəfərin öldüyü, amerikalıların necə yaşadıqları Trampın vecinə deyil", - deyə aktyor bildirib.
Qeyd edək ki, Robert De Nironun Trampı ilk dəfə tənqid etmir. Budan öncə də o, prezidentin ünvanına tənqidlər, hətta təhqirlər yağdırmışdı.
Camal