Xəbər lenti

Robin Villiamsın vəsiyyəti açıqlandı
Dünya12:26 27.11.2014

Robin Villiamsın vəsiyyəti açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

11 avqustda evində intihar edən məşhur Hollivud ulduzu Robin Villiamsın vəsiyyəti açıqlanıb.

Qaynar.info xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatındakı evində ölü tapılan məşhur aktyor Robin Villiamsın vəsiyyəti açıqlanıb. Vəsiyyətə görə, Villiamsın mirası üç uşağına və evlilik sözləşməsində deyildiyi kimi həyat yoldaşı Susan Şneyderə qalıb.

11 avqustda Kaliforniyadakı evində intihar edən 63 yaşlı aktyor vəsiyyətini 31 yanvar 2011-də imzalayıb. Məşhur aktyor bütün varidatını öz adını daşıyan Robin Villiams fonduna bağışlayıb. Fond isə açıqlamasında bildririb ki, varidat mərhum aktyorun 2 oğlu və bir qızı arasında bölüşdürüləcək.

Həmçinin evlilik sözləşməsinə görə aktyorun 22 oktyabr 2011-də evləndiyi 50 yaşındakı xanımı Şneyderə mirasından pay ayırlacaq.

İnci Yusifova

Qaynar.info