Xəbər lenti

Roma Papasının papağını külək apardı - VİDEO
Dünya06:56 06.07.2015

Roma Papasının papağını külək apardı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verildiyi kimi, Roma Papası Fransisk Latın Amerikasına səfərə gedib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, ilk gəldiyi Ekvadorda təyyarədən enərkən xoşagəlməz hadisə ilə üzləşib - güclü külək onun başından pipeolus adlanan baş örtüyünü uçurub.

Fransisk dayanmayıb və təyyarənin pillələkənlərindən enməyə başlayıb. Onu Ekvadorun prezidenti Rafael Korrea qarşılayıb.

Qeyd edək ki, Papa Fransisk iyulun 5-də Ekvadorun paytaxtı Kitoya gəlib. Papa Cənubi Amerikanın ən yoxsul 3 ölkəsinə səkkiz günlük səfərinə başlayıb. O, Boliviya və Paraqvaya da gedəcək, ancaq doğma vətəni Argentinaya dəyməyəcək.

“Cəmiyyətdə hər kəs dünyadakı proqresdən qazanmalıdır,” - Papa Kito aeroportunda deyib.

Vatikanın məlumatına görə, Papanın səfərində əsas diqqət yoxsulluğa ayrılacaq. O, dini mərasimlər aparacaq. İyulun 8-də Boliviyaya gedəcək, orada yerli əhalinin hüquqlarını müdafiə edəcək.

Paraqvayda isə Papa ictimai fəallarla görüşəcək.

Qaynar.info