Xəbər lenti

Ronaldo yenidən Avropada: Hansı kluba keçir?
İdman 09:55 24.05.2024

Ronaldo yenidən Avropada: Hansı kluba keçir?

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun 39 yaşlı hücumçusu Kriştiano Ronaldo yenidən Avropa futboluna qayıda bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Əlhaz Mutab sosial şəbəkələrdəki səhifəsində məlumat verib.

Jurnalist qeyd edib ki, 2023/24 mövsümündə Almaniya çempionu olan və Avropa Liqasının finalında İtaliya "Atalanta"sına da uduzan "Bayer" portuqaliyalı hücumçunun xidmətində maraqlıdır. Komandanın baş məşqçisi Xabi Alonso şəxsən Ronaldonu klubda görmək istəyir, o, hücumçunun növbəti Çempionlar Liqası mövsümündə komandaya kömək edəcəyinə inanır.

Qeyd edək ki, Ronaldo 2 yanvar 2023-cü ildə illik 200 milyon avro maaş qarşılığında Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubuna keçib. Müqavilədə portuqaliyalı və ailəsi üçün əlavə bonuslar da var. 

Ronaldo əvvəllər vətəni Portuqaliyada "Sportinq", İngiltərədə "Mançester Yunayted", İspaniyada "Real Madrid" və İtaliyada "Yuventus"un formasınl geyinib. Portuqaliyalı karyerası ərzində beş dəfə "Qızıl top" qazanıb və beş dəfə Çempionlar Liqasının qalibi olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->