Xəbər lenti

Ruh sağlamlığınız yerində deyil? - O zaman bunları edin!
Dünya10:39 09.09.2016

Ruh sağlamlığınız yerində deyil? - O zaman bunları edin!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bəzən nə etsək də, neçə növ dərman qəbul etsək də, özümüzü yalnız, depressiyada, kefsiz hiss edirik. Bəzən də daha fərqli mənfi duyğu və problemlərlə mübarizə aparırıq.

Qaynarinfo.Az-ın məlumatına görə, bu problemlərin öhdəsindən yediyimiz qidaları müəyyənləşdirərək gəlmək mümükündür.

Depressiya: Depressiya ilə başa çıxmaq üçün cəfəri və berqamotunu gündəlik istifadə etdiyiniz qidalar arasında saxlayın.

Zehin qarışıqlığı: Baş ya da zehin qarışıqlığının bir nömrəli dərmanı nanə çeynəməkdir.

Həddindən artıq əsəb: Çox hirslənəndə özünüzə hakim ola bilmirsinizsə, təzə meyvə-tərəvəz, bol-bol çörək və makaron istehlak edin.

Kin: Çox kinli birisinizsə, davamlı və hər gün badam yeyin.

Ehtiras: Bu məsələdə özünə inamınız yoxdursa, bol-bol şokolad yeməniz lazımdır. Çünki şokolad hər cür ehtirası hərəkətə keçirmək üçün ən təsirli vasitədir.

Aqressivlik: Qoz yemək aqressivliyi nəzarət altına alır.

Xəyal qırıqlığı: Olduqca çətin olan bu hisdən kök və kərəviz yeyərək xilas ola bilərsiniz.

Özünə inam: Daha çox özünə inam sahibi olmaq və daha pozitiv hiss etmək üçün sitrus bitkiləri həyatınızdan əskik etməyin.

Yalnızlıq hissi: Bu hisin qarşısını almaq üçün gül kələmi, yumurta, kartof, badımcan, pomidor və bibəri bol-bol yeyin.

Qaynarinfo.Az