Xəbər lenti

Ruhani ABŞ-ın qarşısına şərt qoydu
Dünya07:06 03.09.2019

Ruhani ABŞ-ın qarşısına şərt qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran prezidenti Həsən Ruhani ABŞ-la nüvə danışıqlarının davam etdirilməsi üçün şərtini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, İranın Mehr Agentliyinə açıqlama verən ölkə rəhbəri danışıqlar üçün rəsmi Vaşinqtonun tətbiq etdiyi bütün sanksiyaları qaldırmalı olduğunu bildirib:
"Bunu daha əvvəl də demişdik, yenə deyirik. ABŞ-la ikitərəfli danışıqlara getmək niyyətində deyilik. Müzakirə üçün əvvəlki illərdə də təklif irəli sürülüb, lakin heç birinə cavab verməmişik. ABŞ müzakirəyə başlamaq istəyirsə, əvvəlcə İrana qarşı sanksiyaları ləğv etməlidir".
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən günlərdə baş tutan "G7" ölkələrinin sammitində növbəti dəfə İranla danışıqlar barədə təkliflə çıxış edib.
Gülşən