
BMT Baş Assambleyası çərçivəsində ən çox gözlənilən Obama ilə Ruhani arasındakı görüş baş tutmamışdı.
Qaynar.info xəbər verir ki, bir neçə gün əvvəl amerikalı diplomatlardan biri iranlılara həm ictimaiyyət qarşısında, həm də BMT Baş Assambleyasındakı qrup toplantıları çərçivəsində görüşə açıq olduqlarını söylədiklərini bildirmişdi.
Ekspertlər də İranın bu görüşə hazır olmadığı üçün ABŞ-ın təklifini qəbul etmədiyini söyləmişdilər.
Ancaq iki ölkə liderləri arasındakı görüşün baş tutmamasının əsl səbəbləri ortaya çıxıb. İran rəsmi mətbuatında iki ölkə liderinin BMT baş katibi Pan Gi Munun verdiyi nahar ziyafətinə qatılmaması ilə bağlı iddia ortaya atıb. Məlumata görə, Ruhani həmin ziyafətdə spirtli içki verildiyi üçün görüşə gəlməyib.
Qaynar.info