
İran prezidenti Həsən Ruhani ölkənin nüvə və raket potensialını inkişaf etdirəcəklərini açıqlayıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Tehranda keçirilən hərbi parad zamanı çıxış edən Ruhani "Hərbi gücümüzü artıracaq və raket potensialını gücləndirəcəyik. Ölkəmizi müdafiə etmək üçün heç kimdən icazə almayacağıq" deyib.
Qeyd edək ki, ABŞ İranın raket proqramını tənqid etmiş, buna görə sanksiya qərarı verilmişdi.
Prezident Donald Tramp isə ötən günlərdə İranla imzalanmış nüvə razılaşması barədə son qərarı qəbul etdiyini və tezliklə açıqlayacağını bildirib.
Gülşən
Qaynarinfo.Az