Belçikada həbsdə olan və psixoloji rahatsızlığı olan bir məhkuma məhkəmə qərarı ilə eftanaziya icazəsi verilib.
ANN.Az xəbər verir ki, 2002-ci ildən bu ölkədə rəsmi olaraq ağır və sağalmaz xəstələrə eftanaziya icazəsi verilir. Eftanaziya şəxsin könüllü olaraq rəsmi qaydada intihar etməsi deməkdir.
Artıq 30 illik həbs cazasından qurtula bilməyən Frank Van Den Bliken adlı məhbus ruhi sarsintilar səbəbindən eftanaziya olmaq istəyib və bununla bağlı dəfələrlə məhkəməyə müraciət edib. Amma məhkəmə həkim rəylərini əsas götürərək məhkumun iddiasını qəbul etməyib.
Lakin Frank öz iddiasından geri çəkilməyib və sentyabr ayında yenidən məhkəməyə üz tutub. Bu dəfə həkimlər artıq onun sağalmaz ruhi xəstəliyə tutulması barədə rəy veriblər və bundan sonra hakim onun iddiasını təmin edib.
Qeyd edək ki, bu faktla dünyada ilk ruhi xəstə eftanaziya olunacaq.