Xəbər lenti

Rumıniya azərbaycanlı oliqarxı çirkli pul yumaqda ittiham etdi
Dünya18:26 03.08.2015

Rumıniya azərbaycanlı oliqarxı çirkli pul yumaqda ittiham etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rumıniya prokurorluğu “LUKoyl”un törəmə şirkətini dələduzluq və çirkli pulların yuyulmasında ittiham edib. APA-nın “Gazeta.ru”ya istinadən xəbərinə görə, bu barədə Rumıniya Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.
"Bloomberg" agentliyinin məlumatına görə, prokurorluq “LUKoyl”a qarşı 1,77 milyard dollar məbləğində dələduzluq ittihamı irəli sürüb.
Qeyd edək ki, bundan əvvəl “LUKoyl” Rumıniyadakı aktivlərinin ətrafında yaranan münaqişəni nizamlamaq üçün Avropa Komissiyasına müraciət etmişdi.
Onu da qeyd edək ki, “LUKoyl”un prezidenti həmyerlimiz Vahid Ələkbərovdur.
Qaynar.info