Xəbər lenti

Rumıniyanın tatar futbolçusu siqaret aludəçisi çıxdı
İdman09:25 15.06.2016

Rumıniyanın tatar futbolçusu siqaret aludəçisi çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rumıniya millisinin hücumçusu Denis Alibekin siqaret aludəçisi olduğu aşkara çıxıb.

Qaynarinfo.az xəbər verir ki, Avropa çempionatının açılış matçı olan Fransa - Rumıniya görüşündə qonaq komandanın baş məşqçisi Anqel Yordenesku Alibeki fasilədə meydana buraxmaq istəyib.

Lakin futbolçu ehtiyat oyunçular skamyasında görünməyib. Komanda yenidən meydançaya girdikdən sonra köməkçi məşqçilərdən biri 25 yaşlı futbolçunu paltar soyunma otağının duş hissəsində siqaret çəkərkən yaxalayıb. Məhz bu üzdən Alibekin oyuna daxil olması yalnız 61-ci dəqiqədə mümkün olub.

Qeyd edək ki, "Astra" ilə Rumıniya çempionu olmuş Denis Alibek (Əlibəy - red.) Rumıniyada doğulsa da, əslən Krım tatarıdır.

Qaynarinfo.az