Xəbər lenti

Rus deputat Bill Geytsdən çiplər barədə izah verməsini istədi
Dünya13:20 05.05.2020

Rus deputat Bill Geytsdən çiplər barədə izah verməsini istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Dövlət Dumasının deputatı Dmitri İonin koronavirus pandemiyası zamanı "əhalinin çipləşdirilməsi" haqda sualla birbaşa Microsoft-un yaradıcısı Bill Geytsə müraciət edib.
Qaynarinfo xəbər verri ki, rus deputat iş adamının instaqramında onun statuslarından birinə yazdığı şərhdə COVID-19 ilə bağlı bu konspiroloji tezisdən narahat olan həmvətənlərinin daim ona yazmasından şikayət edib. İndi "Yekaterinburqdan olan sadə bir deputat" hər gün bu mövzuda "insanlara bir şey söyləməyə" məcburdur”, - İonin qeyd edib.
"Adam ol və daha özün onlara cavab ver... – Deputat yazıb. – Sən həqiqətənmi belə bir şey (mikroçip sistemi – Red.) icad etmisən? Yoxsa onu hansısa Mixalkov (bu mövzunu Nikita Mixalkov özünün müəllif proqramında gündəmə gətirib. – red) sənin yerinə düşünüb?"
"Podyom”a verdiyi müsahibədə millət vəkili deyib ki, bu, gündəmlə bağlı onun zarafatı olub, o, sadəcə dönə-dönə bu suala cavab verməkdən yorulub: 
"Bir adamla mübahisə edirsən, edirsən, amma o inanmaq istəmir və qışqıraraq çağırır: "Mühafizə!"
Alpər