Əsir götürülmüş bir neçə rus işğalçısı etiraf edib ki, Rusiyaya qayıtmaqdan qorxurlar, çünki orada onları çətin tale gözləyir.
Qaynarinfo Unian-a istinadla xəbər vereir ki, onlar bu barədə Kiyevdə mətbuat konfransında bildiriblər.
2-ci motoatıcı diviziyadan Andrey Çebotarevski bildirib ki, onlar Rusiyada artıq ölü sayılırlar. Ukrayna hərbçiləri ona ailəsinə zəng etmək imkanı verib. Ona evdən deyiblər ki, sənin rəsmi ölüm xəbərin gəlib.
O, həmçinin əlavə edib ki, əgər Rusiya Federasiyasına qayıtsalar, öz adamları tərəfindən güllələnəcəklər. Bundan əlavə, o, Rusiya Federasiyasından çağırışçıların Ukraynada döyüşməsi ilə bağlı məlumatı təsdiqləyib.
Başqa bir hərbçi Yevgeni Smirnov "Mənə əsirlikdə Rusiya ordusunun Ukrayna ərazisində nə etdiyini göstərəndə şoka düşdüm. Mülki insanlar bunkerlərdə yaşayır, ordu qocaları gülləbaran edir", - deyib.
Eyni zamanda o, Rusiya Federasiyasına qayıdandan sonra ya həbs olunacağından, ya da güllələnəcəyindən qorxur. O, həmçinin bildirib ki, Ukraynadakı müharibə zamanı Rusiya ordusu 12 min əsgər itirib.
Başqa bir rus əsgəri, 19 yaşlı Aleksey Babixin deyib ki, nə qədər Putin Rusiyanı idarə edir, o müddətdə Ukraynada qalmaq istəyir.
Alpər