Xəbər lenti

Rus məmur müharibənin ilk günü Yermaka zəng edərək nə deyib və hansı cavabı alıb?
Dünya 17:37 24.07.2025

Rus məmur müharibənin ilk günü Yermaka zəng edərək nə deyib və hansı cavabı alıb?

Kreml ilə Ukrayna prezident administrasiyası arasında baş tutan telefon danışığı sərt ifadələrlə müşayiət olunub və rəsmi Moskva tərəfindən açıq hədələr səsləndirilib.

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının ilk saatlarında, Kiyev hücuma hazırlaşdığı vaxtda, Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak və dövlət başçısı Volodımır Zelenski döyüş silahlarını əllərində saxlayaraq ən pis ssenariyə hazırlaşırmış.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

"Silahlar oradan çıxmaq və ya ləyaqətlə ölmək üçün idi", deyə prezidentin köməkçilərindən biri xatırlayıb.

"Özüm üçün qorxmur, ailəm və Ukrayna xalqı üçün qorxurdum", deyə Yermak bildirib.

Məhz həmin günlərdə Yermaka Moskvadan zəng gəlib. Zəng edən şəxs Putinin administrasiya rəhbərinin müavini Dmitri Kozak olub.

Kozak Yermaka hədələyici formada belə deyib: "Zelenskini təslim olmağa razı salın, yoxsa tammiqyaslı məhv olacaq".

Yermak bu təhdidə qısa və sərt şəkildə cavab verib: "Cəhənnəmə gedin!"

Daha sonra o, dəstəyi asıb. Bu hadisə Ukrayna rəhbərliyinin sona qədər müqavimət göstərmək iradəsini simvolizə edib.

Xatırladaq ki, Rusiya işğalının ilk günlərində Zelenski hökuməti fiziki məhv təhlükəsi ilə üzləşmişdi. Buna baxmayaraq, nə prezident, nə də onun komandası paytaxtı tərk etməmişdi.

Yermak daha əvvəl bəyan etmişdi ki, Ukrayna genişmiqyaslı müharibənin həlli üçün müxtəlif variantlara baxmağa hazırdır, lakin bu, yalnız ölkənin ərazi bütövlüyünə hörmət və beynəlxalq hüquqa riayət şərtilə mümkündür.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->