Xəbər lenti

Rus nazir çılpaq idmançılarla pivə içdi
Dünya15:50 16.06.2016

Rus nazir çılpaq idmançılarla pivə içdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vitali Mutkonun soyunma-geyinmə otağında çəkilmiş şəkli birmənalı qarşılanmayıb.
Rusiyanın idman naziri Vitali Mutkonun sosial şəbəkədə yayılan şəkli birmənalı qarşılanmayıb.
ANS PRESS-in məlumatına görə, nazirin Rusiya yığmasının soyunma-geyinmə otağında pivə içən yerdə şəkli intenetdə yayılıb.
Məlumata görə, nazir Rusiya-İngiltərə (1:1) oyunundan sonra komandanın soyunma-geyinmə otağına gəlib. O, futbolçularla görüşərək onlara təsəlli verib və Slovakiya ilə oyuna uğurlar arzu edib. İddia olunub ki, şəklin müəllifi onu 10 min rubla (232 AZN) satıb. 
Ötən gün Rusiya yığması Slovakiya ilə görüşüb. Şimal qonşularımız 2:1 hesabı ilə məğlub olub.
Qaynarinfo.az