Xəbər lenti

Rus ordusu bu qumbaralardan imtina edir
Dünya07:21 01.10.2013

Rus ordusu bu qumbaralardan imtina edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Silahlı Qüvvələri “F-1” əl qumbaralarından imtina edir.

APA-nın bildirdiyinə görə, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

 Qarşıdakı 2 il ərzində “Rosoboronzakaz” şirkətinin nəzarəti altında orduda “limonka” kimi tanınan 350 mindən artıq “F-1” qumbarası sənaye yolu ilə utilizasiya olunacaq. Əl qumbaralarının utilizasiyası nəticəsində əldə olunan çuqun digər məqsədlər üçün istifadə ediləcək.

“F-1” qumbaralarının silahlanmaya qəbulu 25 il əvvəl dayandırılıb. Rusiya Silahlı Qüvvələri bu qumbaraları RQO tipli əl qumbaraları əvəz edir.

Ümumilikdə Rusiya Ordusunun arsenalında olan 365 681 ədəd “F-1” qumbarası məhv edilməlidir. 2014-2016-cı illərdə işlərin görülməsinə federal büdcədən 4,8 milyon rubl ayrılacaq.

 Qeyd edək ki, “F-1” əl qumbaralarının istehsalına 1915-ci ildə Fransada başlanıb. Zaman keçdikcə qumbara müxtəlif ölkələrdə və keçmiş SSRİ-də təkmilləşdirilərək istehsal olunub.

Qaynar.info