
Simferopolun içərilərinə irəliyən rus hərbi texnikası geri çəkilir.
Simferopol istiqamətində irəliləyən zirehli transportyorlar artıq əks istiqamətə hərəkət edirlər. AzVision.az-ın məlumatına görə, hərbi texnikanın geri çəkilməsinə səbəb, onların qarşısının yerli təhlükəsizlik qüvvələri tərəfindən kəsilməsidir. Aparılan qısa danışıqlardan sonra hərbi texnika geri çəkilməyə başlayıb.
Qeyd edək ki, Rusiyanın Qara dəniz Donanmasının rəhbərliyi 7 zirehli transportyorun Sevastopola tərəf irəliləməsinə hələ də heç bir münasibət bildirməyib.
Qaynar.info