Rusiya Prezidenti Vladimir Putin lazım gələcəyi halda Belarusa kömək etmək üçün hüquq-mühafizə orqanları əməkdaşlarından ibarət ehtiyat qüvvələr yaratdığını deyib. Onun sözlərinə görə, Rusiyanın təhlükəsizlik sahəsində Belarus qarşısında öhdəlikləri var. Lakin Rusiyanın öz qoşunlarını qonşu bir ölkənin ərazisinə daxil etməsi böyük bir siyasi səhv olardı.
Qaynarinfo xəbər verir ki, bu sözləri "Rosbalt”ın müxbirinə Sankt-Peterburq Dövlət Universitetinin Psixologiya Fakültəsi Siyasi Psixologiya kafedrasının dosenti Aleksandr Konfisaxor deyib.
"Bizim güc strukturlarımız Belarusa girməyi birmənalıı olaraq suveren bir dövlətin daxili işlərinə müdaxilə etmək deməkdir. İndi Belarusa hansısa xarici bir düşmən hücum etmir ki. Orada baş verənlərin hər biri ölkənin daxili işidir, insanlar seçkilərin nəticələrindən və təşkilindən narazıdırlar. Düşmənçilikdən danışsaydıq, bu, fərqli bir şey olardı”, - politoloq izah edib.
Onun fikrincə, elə bir hal baş verərsə, beynəlxalq birliyin gözündə Rusiyanın nüfuzu daha da düşəcək.
"Beynəlxalq birlik hələ Krımın ilhaqını unutmayıb, o da bir dövlətin daxili işlərinə müdaxilə idi, yalnız bundan sonra bu müdaxiləni referendum adlandırdılar. Düşünmürəm ki, Belarus xalqı qonşu dost dövlətin qoşunlarının gəlişindən sevinə”, - Aleksandr Konfisaxor sözlərini yekunlaşdırıb.
Xatırladaq ki, Vladimir Putin "Belarusdakı ekstremist ünsürlər həddini aşmayana, soyğunçuluğa başlamayana” kimi orada Rusiya qüvvələrinin istifadəsinə ehtiyac olmayacağını deyib. Ancaq bu baş verərsə, rusiyanın qonşu ölkəyə qoşun yeridəcəyini bildirib.
Alpər