Xəbər lenti

Rus qırıcısı NATO-nu ayağa qaldırdı
Dünya19:32 13.02.2015

Rus qırıcısı NATO-nu ayağa qaldırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Latviya ordusu NATO-nun həyəcan siqnalı ilə Typhoon qırıcılarını yenidən havaya qaldırıb. 
 
ANS-in məlumatına görə, buna səbəb Baltik dənizinin üzərində Rusiyanın İL-20 kəşfiyyatçı təyyarəsinin görünməsi olub.

Baltik dənizi üzərində hava məkanının mühafizəsi ilə məşgul olan NATO-nun Typhoon qırıcıları Rusiya Hərbi Hava Qüvvələrinin İL-20 təyyarəsini ələ keçirmək üçün havaya qalxıblar.
 
Rusiyanın hərbi təyyarələri NATO-nun reaksiyasını yoxlamaq və ola bilsin, döyüş şəraitini imitasiya etmək məqsədilə Avropanın hava məkanında uçuşlarını artırıb.
 
Bunula bərabər Rusiya pilotları aviadispetçerlərlə əlaqəyə girmir. Son aylar Rusiya hərbi təyyarələrinin NATO-ya üzv ölkələrin hava boşluğuna və Avropa səmasında uçuşlar həyata keçirərək təhlükəsizlik qaydalarını pozması haqqında xəbərlər tez-tez yayılır.


Qaynar.info