Xəbər lenti

Rus qız ayaqları ilə ox atdı - VİDEO
Dünya13:20 13.02.2016

Rus qız ayaqları ilə ox atdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Omsk şəhərində yaşayan Anna Belş rekordları ilə məşhurdur. Gimnastika ilə məşğul olan 19 yaşlı Anna yeni rekord vurub. Bu dəfə o, əlləri üstə duraraq ayaqları ilə ox atıb.
Qaynar.info milli.az-a istinadən bildirir ki, ayaqla ox atmaq ideyası Annanın ekvilibrist işlədiyi sirkin direktoruna məxsusdur. Hazırlığa bir ay sərf olunub. Anna hazır olanda isə o, Rusiyanın Ginnes Rekordları Kitabınının baş redaktorunu sonucu rəsmən qeydə almağa dəvət edib.
Əlləri üstə durmuş Anna 4 metr uzaqlıqdakı hədəfi ayaqları ilə tutduğu yayla nişan alıb. 5 cəhdin hamısı uğurlu olub.
Anna 8 yaşında olanda 46 dəqiqə ərzində 1500 dəfə döşəmədən sıxılıb qalxmışdı. 12 yaşında o, iki avtomobili dartmış, mürəkkəıb akrobatik trüklər etmişdi. Bu trükləri dünyada bir qadın da edə bilməmişdi.

Qaynar.info