Xəbər lenti

Rus təyyarəsi Zatoka kurortu üzərində vuruldu, pilot axtarılır - HDQ
Dünya09:42 04.03.2022

Rus təyyarəsi Zatoka kurortu üzərində vuruldu, pilot axtarılır - HDQ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Odessa vilayətinin Zatoka kəndində hərbi obyektə hücum edən Rusiya təyyarəsini havadan müdafiə qüvvələri vurub, katapult edən pilot axtarılır.
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı Ukrayna Hərbi Hava Qüvvələrinin Feysbuk hesabı yayıb. 
"Zatoka kurortunun yaxınlığındakı hava hücumundan müdafiə bölməsi hərbi infrastruktur obyektlərindən birinə hücum edən Rusiya təyyarəsini vurub. Katapult etməyə fürsət tapmış pilot axtarılır”, - məlumatda deyilir.
Alpər