Xəbər lenti

Rus TV-lərinin Türkiyə və Ərdoğanı düşmən elan etməsinin səbəbi nədir? (SƏBƏB)
Dünya08:38 14.08.2023

Rus TV-lərinin Türkiyə və Ərdoğanı düşmən elan etməsinin səbəbi nədir? (SƏBƏB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya televiziya kanallarında Türkiyə və Ərdoğana yönəlik hücumlar Kremldən istiqamətlənib. Putin bununla çalışır ki, Ankaraya səfərini ertələsin”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli son günlər Rusiyanın dövlət televiziyalarında Türkiyə və Rəcəb Tayyib Ərdoğana qarşı çıxışların artmasına münasibət bildirərkən deyib.
Politoloq vurğulayıb ki, Ərdoğan əleyhinə aparılan təbliğat birbaşa Putinin göstərişidir:
"O, bununla Türkiyə ilə münasibətləri sınağa çəkməyə çalışır. Putin Türkiyəyə səfər etmək istəmir, bəhanə axtarır. Rusiyanın kütləvi informasiya vasitələri Ankara-Moskva münasibətlərini daha da "dərinləşdirmək" istəyirlər. Onlar bunu göstərişlə edirlər. Onu da qeyd edim ki, Putinin səhhətilə bağlı da müəyyən problemlər var. Bunu bəhanə etmək və digər problemləri qabartmaqla Rusiya rəhbəri çalışır ki, Türkiyəyə səfəri pozulsun. Son zamanlar Türkiyənin Qərbyönümlü siyasətində ciddi dəyişikliklər baş verir. Eyni zamanda, Ankara ilə Vaşinqton arasındakı münasibətlər də yaxşılaşır. Bunu həzm edə bilməyən Moskva isə yenidən Türkiyədən düşmən obrazı yaradır”. 
Qabil Hüseynli hesab edir ki, Rusiyanın dünyada təklənməsi prosesini daha da sürətləndirəcək.
"Türkiyənin uduzacağı bir şey yoxdur. Amma Rusiya belə addımları ilə ciddi itkilərlə üzləşə bilər”.
Qeyd edək ki, Rusiyanın dövlət telekanalında Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğan hədəfə alınıb. Verilişlərin birində qalmaqallı aparıcı Skabeyeva və onun "ekspert” qonaqları açıq mətnlə Ərdoğanı düşmən elan edib, Türkiyənin ünvanına müxtəlif səpkili təhdidlər yağdırıblar. Skabeyeva və qonaqları Türkiyəyə qarşı münasibətin bu dərəcədə kəskin şəkildə dəyişməsini Ərdoğanın "Azov” komandirlərini Kiyevə təhvil verməsi və Ukraynaya "Bayraktar” verməsilə izah ediblər. 
Rüfət Sultan