Rusiya vətəndaşlığını almış bir milyondan çox Mərkəzi Asiya və Cənubi Qafqazdan olanlar prioritet əsasda Ukraynadakı müharibəyə göndərilməlidir.
Qaynarinfo xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin "Rossiyskaya qazeta”ya müsahibəsində
bildirib.
"Statistikalar göstərir ki, əcnəbilər hərbi xidmətdən yan keçərək kütləvi şəkildə Rusiya vətəndaşlığını alırlar. Son beş ildə vətəndaşlığı Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən gələn bir milyondan çox insan, o cümlədən Tacikistan, Özbəkistan və Qırğızıstanın keçmiş sakinləri olan 550 min nəfər alıb”, – Bastrıkin deyir.
Onun sözlərinə görə, bununla bağlı "xüsusi hərbi əməliyyatın tapşırıqlarının yerinə yetirilməsində iştirak etmək üçün vətəndaşlığa alınmış vətəndaşların prioritet əsasda göndərilməsi” məsələsinə baxmaq lazımdır. O qeyd edib ki, Rusiya vətəndaşlığının alınması ilə Mərkəzi Asiya və Cənubi Qafqazdan olan mühacirlər təkcə hüquqlar deyil, həm də öhdəliklər əldə ediblər. Bastrıkin onu da xatırladıb ki, əcnəbilər müqavilə əsasında hərbi xidmətə getdikləri təqdirdə sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığını əldə etmək imkanı əldə edirlər.
Nizami Bağırov