
Rusiya soyuq müharibə dövründən bəri təşkil ediləcək ən böyük hərbi təlimə hazırlaşır.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 100 min əsgərin iştirak edəcəyi güc nümayişi 14-20 sentyabrda 3 fərqli bölgədə "Zapad 17" adı ilə təşkil ediləcək. Əsgərlər Belarus, Kalininqrad və ölkənin fərqli bölgələrində yerləşəcək.
Təlimin əsas səbəbinin ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar və NATO-nun yaxın dövrdə Şərqi Avropa ölkələrində təşkil etdiyi hərbi təlimlər olduğu deyilir.
NATO isə bu addıma cavab verməyəcəyini və Rusiya ilə sərhəddə əlavə qüvvələr göndərilməyəcəyini açıqlamayıb.
Təlimlər NATO nümayəndəsi tərəfindən izlənəcək.
Gülşən
Qaynarinfo.Az