Xəbər lenti

Rusiya 3 il ərzində Suriyada bu qədər itki verib
Dünya12:15 01.10.2018

Rusiya 3 il ərzində Suriyada bu qədər itki verib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməliyyatlar başlayandan bu günə kimim Suriyada 112 rus əsgəri ölüb.
Qaynarinfo xəbər verir ki, bunu Suriyadakı əməliyyatların 3-cü il dönümü ilə əlaqədar təşkil olunan mətbuat konfransında Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Məsələləri Üzrə Komitəsinin sədri Viktor Bondarev deyib. O, həyatını itirən əsgərlərin təxminən yarısının An-26 təyyarə qəzasında və İl-20 təyyarəsinin vurulması zamanı öldüyünü vurğulayıb.
Bondarev bu illər ərzində həmçinin 8 təyyarə, 7 vertolyot və bir neçə zirehli texnikanın da məhv olduğunu söyləyib.
SSRİ dönəmində Əfqanıstan müharibəsinin ilk 3 ilində 4800 əsgər, ən az 60 tank, 400 zirehli texnika, 15 təyyarə və 97 vertolyot itirdiklərini xatırladan Bondarev Suriyadakı itkinin bundan qat-qat az olduğuna işarə edib.
Komitə sədri həmçinin vurğulayıb ki, 2003-2006-cı illərdə İraqda gerçəkləşdirilən əməliyyatlarda ABŞ-ın liderliyində olan koalisiya qüvvələrinin 2515 əsgər, 10-20 tank, ən az 50 zirehli texnika, 15 təyyarə və təxminən 80 vertolyot itkisi olmuşdu.