Xəbər lenti

Rusiya ABŞ-dan strateji sabitliklə bağlı təkliflər alıb - Rusiya XİN
Dünya10:12 25.10.2023

Rusiya ABŞ-dan strateji sabitliklə bağlı təkliflər alıb - Rusiya XİN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya ABŞ-ın, qeyri-rəsmi şəkildə çatdırdığı strateji sabitlik və silahlara nəzarətlə bağlı təkliflərini öyrənir. 
Qaynarinfo Kommersant-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. 
"Bu doğrudur. Non-paper formasında. Yəni, kağız üzərində, lakin qeyri-rəsmi qeydlər şəklində”, - Rusiyanın ABŞ-dan strateji sabitliyə dair təkliflər alması ilə bağlı jurnalistlərin sualını cavablandıran Sergey Ryabkov bildirib. 
İndi Rusiya XİN rəhbərinin müavininin sözlərinə görə, ABŞ-ın təklifləri öyrənilir. "Orada yenilik yoxdur, məlum mövqedir, sadəcə bir yerə yığılıb. Biz sakitcə öyrənirik və lazımi vaxtda amerikalılara cavab verəcəyik. Hansı formada olduğunu söyləmək hələ tezdir”, - o əlavə edib.
Xatırladaq ki, fevralın 21-də Rusiya ABŞ-ı sazişin əsas müddəalarına əməl etməməkdə suçlayaraq, Strateji Hücum Silahları Müqaviləsində (START) iştirakını dayandırıb. Vaşinqton qərarı hüquqi cəhətdən etibarsız hesab edib.
Nizami Bağırov