Rusiya ABŞ-a Suriyanın İdlib şəhəri barədə xəbərdarlıq ünvanlayıb.
Qaynarinfo xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-ın yeni hücumlara hazırlaşdığını bildirərək hücum etməməsi barədə müraciət ünvanlayıb. Antonov Rusiyanın narahatlığını ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Cefri ilə görüşündə dilə gətirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Qərb ölkələrinə "İdlibdə əməliyyatların qarşısında yer almayın" xəbərdarlığı edib.
Qeyd edək ki, Rusiya və Suriya höküməti müxlaiflərin nəzarətində olan İdlibdə əməliyyata hazırlaşır. ABŞ isə "Tomahawk" raketləri ilə yüklü "USS Ross" hərbi gəmisini Aralıq dənizində yerləşdirib. Rusiya mediası ölkənin Suriya vətəndaş müharibəsinə daxil olduğu 2015-ci ildən bəri ən böyük hərbi texnikanı Aralıq dənizinə göndərdiyini yazır. Bəşər Əsəd rejiminə dəstək verən İran isə böyük hərbi texnika və çox sayda əsgəri İdlib ilə sərhədə yerləşdirib.
Gülşən