Xəbər lenti

Rusiya Afrikadakı nüfuzunu itirəcək, amma... - Karnegi Fondu
Dünya09:01 30.04.2023

Rusiya Afrikadakı nüfuzunu itirəcək, amma... - Karnegi Fondu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynadakı müharibənin istənilən nəticəsi ilə Rusiya hakimiyyətinin Afrika ölkələrinə təsiri azalacaq. 
Qaynarinfo "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, Karnegi Beynəlxalq Sülh Fondunun analitik kəşfiyyatının gəldiyi nəticə belədir.
Onlar qeyd ediblər ki, afrikalıların Rusiya haqqında təsəvvürü "soyuyur”. 
Eyni zamanda, Pentaqonun "sızdırılmış” məxfi sənədlərində deyildiyi kimi, Rusiya hərbi kəşfiyyatı fevral ayında Afrika ölkələrində ictimai rəyi Rusiyaya "yenidən istiqamətləndirmək” və onu Qərbdən uzaqlaşdırmaq üçün Afrika mediasından istifadə edərək təbliğat kampaniyası planlaşdırır.
Rusiya özünü Afrikada Qərbə qarşı dayaq kimi göstərməyə çalışır. Bu təsir qitədəki 54 ölkədən 26-sı Rusiyanın Ukraynaya təcavüzünü pisləmək üçün BMT-də keçirilən səsverməyə qoşulmaqdan imtina etdikdə daha da aydın oldu.
Müşahidəçilər qeyd ediblər ki, Rusiya SSRİ-nin taktikasını izləyir, Afrika resurslarına çıxış əldə etmək üçün özünü Qərb müstəmləkəçiliyinə qarşı mübariz kimi təqdim etməyə çalışır. Karnegi Beynəlxalq Sülh Fondunun analitiki qeyd edir ki, bu, nüfuzlu şəxslərə təzyiq səbəbindən minimal investisiya ilə həyata keçirilir. Lakin burada Rusiya Federasiyası üçün əsas təhlükələrdən biri ondan ibarətdir ki, Afrikada Sovet İttifaqının yaddaşı ondan bəhrələnən Afrika liderləri nəsli ilə birlikdə yoxa çıxır.
Lakin ekspertlərin xəbərdarlıq edir ki, təhlükə həm də Rusiyanın qəfildən Afrikanı tərk etmək məcburiyyətində qalması və mövcudluğundan sonra sabitliyi poza biləcək bir boşluq buraxması ola bilər.
Nəşr həmçinin Rusiyanın "Vaqner” özəl hərbi şirkətinin Afrika qitəsindəki fəaliyyətinə də diqqət çəkib. Bəzi Qərb KİV-lərinin məlumatına görə, "Vaqner"çilər Kremlin iqtisadi və hərbi maraqlarını təmin etmək üçün Sudanın təhlükəsizlik qüvvələri ilə əlaqələr qurublar.
"Vaqner"çilər və onların lideri Yevgeni Priqojin Sudanda və digər Afrika ölkələrində təkcə təbii sərvətlərə, o cümlədən qızıla deyil, həm də siyasi rola çıxış axtarırlar.
Qeyd edək ki, Ukraynaya qarşı müharibə fonunda Rusiya hakimiyyəti Afrika ölkələrində onsuz da güclü olan təsirini gücləndirib. ABŞ hakimiyyəti və Avropa liderləri bu vəziyyətlə mübarizə aparmaq niyyətində olduqlarını dəfələrlə bəyan ediblər. Keçən yay Rusiya, Fransa və ABŞ liderləri Soyuq müharibədən sonra qitədə nüfuz uğrunda ən gərgin mübarizədə Ukraynadakı müharibə ilə bağlı mövqelərinə dəstək toplamaq üçün Afrika ölkələrinə səfər etdilər.
Aydın