Xəbər lenti

Rusiya aktivləri: Aİ ABŞ-sız Ukraynaya yardım planını irəli sürəcək
Dünya12:39 29.08.2024

Rusiya aktivləri: Aİ ABŞ-sız Ukraynaya yardım planını irəli sürəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqı ABŞ-ın qaldırdığı məsələlərdən asılı olmayaraq, dondurulmuş Rusiya aktivləri vasitəsilə Ukraynaya yardım göstərmək öhdəliyini yerinə yetirməkdə israrlı olacaq.
Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Cosep Borrel deyib.
"Vaşinqtonda qəbul olunan qərarlardan asılı olmayaraq, Ukraynanı dəstəkləmək üçün əlimizdən gələni edəcəyik. Ukrayna müdafiə qabiliyyətini təkmilləşdirməlidir və indi buna ehtiyac duyur", - Borrel Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən əvvəl jurnalistlərə ABŞ-ın mövqeyi ilə bağlı sualı cavablandırarkən deyib. 
Qeyd edək ki, dondurulmuş Rusiya aktivlərdən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı G7 razılaşması gecikmələrlə üzləşir. Belə ki, Vaşinqton Macarıstanın etirazı olduğu halda Aİ-nin sanksiyaları davam etdirə biləcəyinə dair daha güclü təminat axtarır.
ABŞ əmin olmaq istəyir ki, Kiyevə 50 milyard dollar kreditin ayrılması planı Konqres tərəfindən təsdiqlənməmişdən əvvəl həyata keçiriləcək. 
Nizami Bağırov