Rusiya öz nefti üçün başqa idxalçılar tapacaq.
Qaynarinfo xəbər verir ki, bunu Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov Aİ-nin Rusiya Federasiyasına qarşı altıncı sanksiyalar paketini şərh edərkən
deyib.
Bundan əvvəl Aİ-nin Brüsseldə keçirilən sammitində Rusiya Federasiyasına qarşı altıncı sanksiyalar paketi, o cümlədən Rusiyadan neft idxalına qismən qadağa qoyulması razılaşdırılıb. Avropa Şurasının rəhbəri Şarl Mişelin sözlərinə görə, məhdudiyyətlər dərhal Rusiya neftinin idxalının 75%-nə təsir edəcək və ilin sonuna qədər bu rəqəm 90%-ə çatacaq.
"Onun (Avropa Komissiyasının sədri Ursula fon der Leyen) dünən haqlı olaraq dediyi kimi, Rusiya başqa idxalçılar tapacaq... Fikirlərinin çox sürətlə dəyişilməsi Aİ-nin o qədər də yaxşı formada olmadığını göstərir", - Ulyanov Tvitter hesabında yazıb.
Alpər