Xəbər lenti

Rusiya Cavaxetiya ermənilərinə pasport paylayır
Dünya11:33 26.03.2014

Rusiya Cavaxetiya ermənilərinə pasport paylayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tiflisdəki keçmiş Rusiya səfirliyinin binası qarşısında Cavaxetiyadan gəlmiş etnik erməilər növbə tutur.

“Axar.az” xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Zviad Qamsaxurdiyanın oğlu Konstantin Qamsaxurdiya məlumat verib.

Onun sözlərinə görə, hazırda konsulluq kimi fəaliyyət göstərən binada Cavaxetiyadan olan ermənilərə kütləvi şəkildə rus pasportları paylanılır.

“Tiflisdə Rusiyanın Gürcüstandakı keçmiş səfirliyinin binasında Cavaxetiyada yaşayan ermənilər növbəyə düzülüblər. Onlara Rusiya Federasiyasının pasportları verilir”, - deyə Qamsaxurdiya bildirib.

Qamsaxurdiya onu da qeyd edib ki, Gürcüstanda yaşayan etnik ermənilərin əksəriyyəti rus pasportu əldə edib.