Litva Müdafiə Nazirliyi rus döyüş vertolyotlarının ölkənin hava məkanını pozduğunu açıqlayıb.
Nazirlik tərəfindən yayılan açıqlamada üç rus helikopterlərinin Kalininqrad istiqamətindən Litvanın Lazdijai bölgəsindəki hərbi hissəyə yaxın yerə qədər gələrək geri qayıtdığı bildirilib.
Litva Dövlət Sərhəd Xidmətinin rəhbəri Renatas Pozela radarlara düşməyən vertolyotların sərhədçilər tərəfindən təsbit edildiyini deyib: "Ruslar tərəfindən sərhəd pozuntusu olduğu bizə bildirildi. Biz də əlimizdə olan məlumatları silahlı qüvvələr ilə bölüşdük". (Avropa.info)
Qaynar.info