Xəbər lenti

Rusiya danışıqlar masasına nə vaxt əyləşəcək? - Ukrayna DİN-dən proqnoz
Dünya11:22 20.12.2022

Rusiya danışıqlar masasına nə vaxt əyləşəcək? - Ukrayna DİN-dən proqnoz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynalıları müharibənin daha bir neçə çətin ayı gözləyir. Bundan sonra ruslar danışıqlar masasına oturmalı olacaqlar.
Qaynarinfo xəbər verir ki, bu sözləri Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko telemarafonun efirində deyib.
"Düşünürəm ki, bizi hələ çox çətin bir neçə ay gözləyir, lakin bundan sonra ruslar sadəcə olaraq danışıqlar masasına oturmağa məcbur olacaqlar", - müşavir bildirib.
Eyni zamanda o, müharibənin başa çatmasından danışmaq üçün hələ tez olduğuna diqqət çəkib.
"Prinsipcə, danışıqların vahid modeli yoxdur, çünki ruslar səfərbərlik və bəzi" planlarının köməyi ilə müharibənin gedişatını poza biləcəklərinə inanırlar və buna görə də hesab edirlər ki, hələ bu tezlikdə danışıqlar masasına əyləşmək üçün çox tezdir”, - deyə DİN rəhbərinin müşaviri yekunlaşdırıb.
Alpər