Xəbər lenti

Rusiya DİN Ukrayna vətəndaşlığından çıxan rusiyalıları yoxlamağa başlayır
Dünya05:26 07.07.2023

Rusiya DİN Ukrayna vətəndaşlığından çıxan rusiyalıları yoxlamağa başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya dövlət orqanlarının Ukrayna pasportu olan Rusiya vətəndaşları ilə qarşılıqlı əlaqəsi prosedurunu təsdiqləyib. 
Qaynarinfo xəbər verir ki, müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb, sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Mətndə qeyd olunur ki, Ukrayna vətəndaşlığından çıxdıqdan sonra belə Ukrayna sakinləri üçün nəzərdə tutulmuş hüquqlardan istifadə etməyə və vəzifələri yerinə yetirməyə davam edən insanlara diqqət yetiriləcək. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanun pozuntuları aşkar edilərsə, bu barədə məlumat Daxili İşlər Nazirliyinin ərazi orqanına göndəriləcək. Daha sonra yoxlama Ukrayna vətəndaşı olmaq istəməməsi barədə bəyanatı qəbul edən orqan tərəfindən aparılacaq.
Nəticə şəxsən vətəndaşa və ya onun qanuni nümayəndəsinə göndəriləcək. Sənədlər də FSB orqanlarına təhvil veriləcək.
Bundan əvvəl Dövlət Duması Ukrayna vətəndaşlığından çıxmaq üçün Daxili İşlər Nazirliyinə müraciət etdiyi gündən etibarən Ukrayna vətəndaşlığına xitam verilmiş hesab ediləcək qanun layihəsini qəbul edib. Tədbir artıq Rusiya pasportu olanlar üçün keçərlidir.
Alpər