Rusiyalı səfir Aleksandr Şeyin Tel-Əvivdəki restoranların birində yemək yedikdən sonra özünü pis hiss edib. Dərhal təcili yardım maşını çağırılıb və səfir xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Rusiyanın İsraildəki səfirliyinin əməkdaşı Aleksey Drobin faktı təsdiqləyib:
“Səfir bütün yoxlamalardan keçib, hazırda özünü yaxşı hiss edir. Səfirimiz hamının Yeni İl bayramını təbrik edir.”
Aleksandr Şeyin 2015-ci ildən Rusiyanın İsraildəki fövqaladə və səlahiyyətli nümayəndəsidir. Bundan əvvəl o, Tunis, İordaniya və İraq kimi ölkələrdə səfir kimi çalışıb.
Bir müddət əvvəl Rusiyanın Türkiyədəki səfiri Aleksandr Karlov terrorçu tərəfindən qətlə yetirilib.(AzNews.az)
Qaynarinfo.Az














