Dünya 16:39 30.03.2023

Rusiya “dost” Macarıstanı "dost olmayan ölkələr" siyahısına daxil etdi - Səfir

Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulduğuna görə Rusiya Macarıstanı "dost olmayan ölkələr” siyahısına daxil edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın Budapeştdəki səfiri Yevgeni Stanislavov bildirib.

Onun sözlərinə görə, "Macarıstan Brüsselin bütün anti-Rusiya sanksiya paketlərini imzalayıb” və "onlara ciddi şəkildə əməl etməyə məcburdur”, buna görə də "dost olmayan dövlətlər” kimi təsnif edilir.

Bununla belə, rusiyalı diplomat bildirib ki, Macarıstan "praqmatik mövqeyə” sadiqdir, "bu mövqedən hətta Avropa İttifaqı və NATO-dakı müttəfiqlərinin təzyiqi altında belə təslim olmaq niyyətində deyil”.

Nizami Bağırov