Xəbər lenti

Rusiya dünənki məktəbliləri göz görə-görə ölümə göndərməyə hazırlaşır – Duma
Dünya05:35 27.06.2022

Rusiya dünənki məktəbliləri göz görə-görə ölümə göndərməyə hazırlaşır – Duma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Duması məktəb məzunlarına hərbi xidmət üçün müqavilə bağlamağa icazə verməyi təklif edib. 
Qaynarinfo Rosbalt-a istionadla xəbər verir ki, müvafiq sənəd parlamentin aşağı palatasının saytında dərc olunub. Bunun üçün "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi təklif edilir.
Təşəbbüsün müəllifləri Vahid Rusiya Partiyasından olan deputatlardır. Xatırladaq ki, indi məktəb məzunları yalnız üç aylıq hərbi xidmətdən sonra Müdafiə Nazirliyi ilə müqavilə bağlaya bilərlər.
Həmçinin, qüvvədə olan qanuna əsasən, orta ixtisas təhsili olan texnikum və peşə liseylərinin məzunları hərbi xidmətə çağırıldıqda və ya artıq hərbi xidmətdə olduqda və ehtiyatda olmadıqda üç aylıq xidmət müddətini başa vurmadan müqavilə bağlaya bilərlər. Müvafiq olaraq, gənclər təhsil müəssisəsini gec və artıq peşə sahibi olaraq tərk edirlər.
Belə ki, qanun qəbul olunarsa, nəinki yaş, hətta peşə ixtisası da aşağı düşəcək. Sənəddə məktəb məzunlarının 18 yaşı tamam olduqdan sonra Müdafiə Nazirliyi ilə müqavilə bağlamasına icazə verilməsi təklif edilir. Qanun layihəsinə iyunun 28-də ikinci oxunuşda baxılacaq.
Bu arada, təşəbbüs artıq tənqid olunub. "Mən əminəm ki, müqaviləni yalnız hərbi xidməti başa vurmuş və ordunun nə olduğunu bilənlər bağlamalıdır", - RİA Novosti senator Sergey Tsekovun sözlərindən sitat gətirib.
Bundan əvvəl Dövlət Duması hərbi müqavilə bağlayarkən yuxarı yaş həddini ləğv edib.
Alpər