Xəbər lenti

Rusiya dünyanı “Olimpiya sülhü”nə çağırdı
Dünya08:17 06.02.2014

Rusiya dünyanı “Olimpiya sülhü”nə çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Xarici İşlər Nazirliyi dünyada bütün münaqişə iştirakçılarını “Olimpiya sülhü” elan etməyə çağırıb


APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in saytında yerləşdirilmiş bəyanatda deyilir.
 
“Olimpiya sülhü” dünyadakı münaqişələrin iştirakçılarına atəşkəs əldə etməyə, mülki əhalinin əzablarına son qoymağa və BMT nizamnaməsində yer alan prinsiplər əsasında böhranların həlli üçün siyasi prosesin başlanılmasına imkan verəcək”, - deyə bəyanatda vurğulanıb.
 
Qeyd edək ki, “Olimpiya sülhü”nün elan edilməsi ənənəsi dərin tarixi köklərə malikdir. Qədim Yunanıstanda Olimpiya oyunları zamanı istənilən müharibə və münaqişələrə son qoyulurdu.


Qaynar.info