Rusiya FTX iddia edir ki, Aleksandr Duqinin qızı Daryanın qətlini Ukrayna xüsusi xidmət orqanları hazırlayıb və həyata keçirib.
Qaynarinfo xəbər verir ki, bu haqda TASS FSB-yə istinadən məlumat
yayıb.
"Müəyyən edilib ki, cinayəti Ukrayna xüsusi xidmət orqanları hazırlayıb və törədib. Cinayəti törədən Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovnadır, 2022-ci il iyulun 23-də 2010-cu il təvəllüdlü qızı Şaban Sofiya Mixaylovna ilə Rusiyaya gəlib və D.Duqinanın qətlini təşkil etmək və onun həyat tərzi haqqında məlumat əldə etmək məqsədilə Moskvada mərhumun yaşadığı evdə mənzil kirayələyiblər”, - FTX bildirib.
Hesabatda deyilir ki, qətl günü Vovk və qızı Daria Duqinanın iştirak etdiyi "Ənənəvi” festivalda olublar.
İddialara görə, Vovk jurnalisti izləmək üçün "Mini Cooper” avtomobilindən istifadə edib. Eyni zamanda, Rusiyaya daxil olarkən qondarma "DXR” nömrələrindən, Moskvada Qazaxıstan nömrələrindən, çıxanda isə Ukrayna nömrələrindən istifadə edib.
"Avqustun 21-də Duqinin idarə etdiyi "Toyota Land Cruiser Prado” markalı avtomobilin idarə olunan partlamasından sonra Vovk və qızı Pskov vilayətindən keçərək Estoniyaya yola düşüblər, - FTX bildirib.
Alpər