Xəbər lenti

Rusiya dövlət strukturları terrorçu kimi tanınacaq - Ordu, HDQ, Vahid Rusiya...
Dünya15:10 21.03.2022

Rusiya dövlət strukturları terrorçu kimi tanınacaq - Ordu, HDQ, Vahid Rusiya...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ və Böyük Britaniya hökumətləri tərəfindən Rusiyanın dövlət strukturlarının terror təşkilatı kimi tanınması digər ölkələr, xüsusən də Avropa ölkələri tərəfindən belə tanınması üçün əsas olacaq.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə Litva Respublikası Seyminin üzvü Viliya Aleknaite Guildhall-a verdiyi açıqlamada bildirib.
"Vaxtilə Dalya Qribauskayte (Litvanın eks-prezidenti - red.) qısaca demişdi ki, Rusiya terrorçu dövlətdir. Rusiya tərəfdən buna reaksiyalar olmuşdu. Hüquqi qiymət baxımından hesab edirəm ki, araşdırma aparılır. Haaqa, beynəlxalq ictimaiyyət tərəfindən qeydə alınan cinayətlər bütün Avropa və demokratik ölkələrin bunu (Rusiyanın terror xarakterini - red.) tanıması üçün əsas ola bilər”, - siyasətçi bildirib.
"Düşünürəm ki, ABŞ və Böyük Britaniya kimi ölkələrin rəhbərliyi çox vacibdir və onlar öz təkliflərini irəli sürsələr (Rusiya dövlətinin terrorçu mahiyyətinin tanınması təklifi – red.), hesab edirəm ki, digər ölkələr də buna qoşula bilər. Xüsusən də istintaq aparılır və sübutlar toplanır,” deyə Viliya Aleknaite yekunlaşdırıb.
Bundan əvvəl Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü, əvvəllər Böyük Britaniya Birləşmiş Krallığının terrorizm sahəsində qanunları üzrə müstəqil məsləhətçi kimi çalışmış lord Aleks Karlayl Rusiyanın Ukraynadakı cinayətlərinin fotoşəkillərə və digər sübutlarına əsaslanaraq bildirib ki,  ordu, Hərbi Dəniz Qüvvələri, Hərbi Kosmik Qüvvələri və "Vahid Rusiya” siyasi partiyası kimi Rusiya hökumət strukturları Böyük Britaniya və ABŞ-da terror təşkilatları siyahısına daxil edilməlidir.
Analoji bəyanatı Almaniya Bundestaqında da səsləndirən Yaşıllar Partiyasından olan deputat Robin Vaqner deyib ki, Putinin Ukraynadakı hərbi cinayətləri, xüsusən də mülki feldşerin girov götürülməsi Rusiyadakı mövcud rejimi terrorçu kimi təsnif etməyə imkan verir.
Alpər