Xəbər lenti

Rusiya əhalisi Ukraynaya qarşı işğalı dəstəkləyir - Müstəqil sorğunun nəticələri
Dünya12:50 02.04.2022

Rusiya əhalisi Ukraynaya qarşı işğalı dəstəkləyir - Müstəqil sorğunun nəticələri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya əhalisinin mütləq əksəriyyəti (81%) rus ordusunun Ukraynaya qarşı hərbi əməliyyatını dəstəkləyir. 
Qaynarinfo-nun verdiyi xəbərə görə, bunu "Levada" Mərkəzinin martın 31-də dərc etdiyi sorğunun nəticələri sübut edir. Sorğu 24-30 mart aralığında keçirilib.
Respondentlərin əksəriyyəti Rusiya silahlı qüvvələrinin Ukraynadakı hərəkətlərini dəstəkləyir: 53% "tam dəstəkləyir”, 28% "dəstəkləyir”. 
Sorğuda iştirak edənlərin 14%-i dəstəkləmir, daha 6%-i isə cavab verməkdə çətinlik çəkir. 
Prezidentin hərəkətlərini bəyənənlər və yaşlı nəsil arasında dəstək ən yüksə səviyyədədir (55 və daha yuxarı yaşlarda olanlar 86%). 
Moskva və böyük şəhərlərdə dəstək nisbətən azdır. 
Dəstəkləməyənlərin sırasında ən çox Vladimir Putinin prezident kimi fəaliyyətini bəyənməyənlər və gənclərdir (18-24 yaş arası 19%, 25-39 yaş arası 20%). 
Dəstəyin motivləri arasında: "rusdilli əhalinin müdafiəsi” (43%), "sərhəd təhlükəsizliyi” (25%) və "denafikasiya” (21%) qeyd edilir. Əleyhinə olanların arqumentləri: zorakılıq və insanların ölümü yolverilməzdir (43%); başqa dövlətdir və başqa dövlətin ərazisinə girmək olmaz (19%).
Ukraynadakı hərbi əməliyyatlar nəticəsində ruslar arasında üstünlük təşkil edən hisslər: "Rusiya üçün qürur” (51%), "narahatlıq, qorxu, dəhşət” (31%), "şok” (12%) olub. Yalnız 18-24 yaş qrupu "narahatlıq, qorxu, dəhşət”in üstünlük təşkil etdiyi qrupdur (37%). 
Nizami Bağırov
Qaynarinfo