"Exo Moskvı” radio qrupunun rəsmi səhifəsi olan "VKontakte” sosial şəbəkəsi Rusiya Federasiyası Baş Prokurorluğunun tələbi ilə bu gün bloklanıb.
Bundan əlavə, "Dojd” telekanalı (Rusiya Federasiyasında xarici agent kimi tanınır – red.) "Vkontakte” sosial şəbəkəsindəki səhifəsinin də analoji əsaslarla bloklandığını açıqlayıb.
Qaynarinfo bu haqda "İnterfaks”a istinadla xəbər verir.
Xatırladaq ki, Baş Prokurorluq bu ərəfədə "Exo Moskvı” və "Dojd”un informasiya resurslarına girişin məhdudlaşdırılmasını tələb edib.
Departamentin rəsmi press-relizində qeyd edildiyi kimi, bu KİV-lər "saytlarda ekstremist fəaliyyətə, zorakılığa çağırışlar, habelə Rusiya hərbçilərinin DXR və LXR-in müdafiəsi və mühafizəsi üzrə xüsusi əməliyyat çərçivəsində hərəkətləri ilə bağlı qəsdən yalan məlumatlar yerləşdirirlər".
Bununla belə, prokurorluq mətndə həmin qəbildən olan materiallara dair heç bir nümunə göstərməyib.
Eyni zamanda, prokurorluq Rusiya Televiziya və Radio Yayımları Şəbəkəsinə, Roskomnadzor və Qazprom-Media-ya qanun pozuntularının, habelə onlara əsas verən səbəb və şərtlərin dərhal aradan qaldırılması, materialların söndürülməsi təklifi ilə müraciət edib.
Onu da əlavə edək ki, "Radio Russia”nın Facebook və Instagram-da öz səhifələrini bağladığı məlum olub.
Alpər