Rusiya Qara dəniz üzərində Fransız patrul təyyarələrini vurmaqla hədələyib. Fransada belə bir bəyanat Moskvanın "xüsusən aqressiv” mövqeyi kimi qiymətləndirilib.
Bu barədə Qaynarinfo SkyNews-a istinadən xəbər
verir.
Fransanın müdafiə naziri Sebastyen Lekornu ötən ay beynəlxalq hava məkanında patrul edən təyyarələrə yönəlmiş təhdidləri Moskvanın "xüsusilə aqressiv” mövqeyi adlandırıb.
Onun sözlərinə görə, bu, Sovet İttifaqının Soyuq müharibə dövründəki davranışına bənzəyir.
"Sizə çox konkret misal gətirim. Bir ay əvvəl Rusiya hava hərəkətinə nəzarət sistemi biz patrul etdiyimiz beynəlxalq azad zonada olarkən Qara dənizdə fransız təyyarələrini vurmaqla hədələmişdi”, - nazir müsahibəsində deyib.
Lekornu bildirib ki, Rusiyanın 2024-cü ildəki davranışının "2022-ci ildə gördüklərimiz və Ukraynadakı təcavüzlə heç bir əlaqəsi yoxdur”. O, bunu Rusiyanın döyüş meydanında çətin vəziyyətdə olması ilə izah edib.
Nizami Bağırov