Xəbər lenti

Rusiya FSB şefi Qarabağla bağlı proqnoz verdi
Dünya08:04 12.11.2020

Rusiya FSB şefi Qarabağla bağlı proqnoz verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya sülhməramlılarının Ermənistanla Azərbaycan arasındakı müharibədə iştirakı Dağlıq Qarabağda daha çox hərbi təmasın qarşısını almağa kömək etməlidir".
Qaynarinfo xəbər verir ki, bu proqnozu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) baş direktoru Sergey Stepaşin "Komsomolskaya Pravda" qəzetinə verdiyi müsahibəsində deyib.
"Əlbəttə ki, Bakı öz ərazisini geri qaytarmaq baxımından çox şey qazandı. Ən əsası, indi Naxçıvana bir dəhliz var. Bunun çox çətin bir proses olduğunu başa düşürəm. Xüsusilə normal həyata qayıtmaq. Ancaq ortada Qroznı nümunəsi var. Şəhər tamamilə dağıdılmışdı, indi isə sözün həqiqi mənasında gözəl şəhərdir", - Stepaşin deyib.
Alpər