"Putinin bu açıqlamasını siyasi hoqqabazlıq kimi qiymətləndirmək olar".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Rusiya prezidenti Vladimir Putinin III Dünya müharibəsi təhlükəsindən narahat olduğu barədə verdiyi bəyanatı şərh edərkən deyib.
"Bütün aləmi bir-birinə qarışdıran Rusiyadır. O, hakimiyyətdə qalmaq üçün Ukrayna ilə müharibəyə girişdi. İndi isə özünü sülhpərvər, dünyanın dərdini çəkən insan kimi göstərmək istəyir. Bunun hamısı riyakarlıqdır. Əslində dünyanı qarışdıran elə Rusiyanın özüdür. Ona görə də Putinin dedikləri siyasi hoqqabazlıqdan başqa heç nə deyil".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin III Dünya müharibəsi təhlükəsindən narahat olduğunu etiraf edib.
"Münaqişə üçün böyük potensial var. Həm də burnumuzun dibində - Ukraynada və Yaxın Şərqdə baş verənlər. Biz bunun nəyə gətirib çıxara biləcəyindən narahatıq", deyə o, qeyd edib.
Rüfət Sultan
Şərhlər