Rusiya hər gün Avropaya ixrac etdiyi 10 milyon dollarlıq qazı yandırır.
Qaynarinfo bu barədə "The Times" qəzetinə istinadən xəbər
verir.
Avropa Vladimir Putinin Ukraynadakı müharibəsi ilə daha da artan enerji xərcləri ilə mübarizə apararkən, Rusiya külli miqdarda təbii qazın yandırılması ilə məşğuldur və ekspertlər bu qazın Almaniyaya çatacağını düşünürlər.
"Şimal axını 1” boru kəmərinin başlanğıcındakı kompressor stansiyasının yaxınlığında yerləşən Portovaya zavodunda alov ilk dəfə aylar əvvəl Finlandiya sərhədindən keçən sakinlər tərəfindən və peyk görüntülərində müşahidə edilib. Portovayadakı alovlar onun iqlimə təsiri ilə bağlı narahatlıqları artırıb.
Rusiyada belə məşəllər adi hal olsa da, onların Portovayadakı miqyası analitiklərin diqqətini çəkib.
"Rystad Energy" bildirir ki, gündəlik 4,34 milyon kubmetr qaz yandırılır.
Mütəxəssislər bildirirlər ki, vaxtilə Almaniyaya ixrac edilən bu qaz Avropa və ABŞ-ın Rusiya neft və qaz sənayesinə tətbiq etdiyi sanksiyalar səbəbindən "Şimal axını 1" qaz kəmərini təmir etmək üçün texniki imkanların olmaması ilə bağlıdır.
M.Arif