Ukraynaya qarşı işğalçılıq müharibəsi aparan Rusiya Federasiyası hücumu davam etdirmək üçün cəbhədəki zirehli texnika itkilərinin yerini doldura bilər.
Qaynarinfo
xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi X şəbəkəsində (Twitter) kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
Xüsusilə, 2022-ci ilin fevralından 2024-cü ilin yanvarına qədər Rusiya quru qüvvələrinin Ukraynada təxminən 2600 əsas döyüş tankı və 4900 digər zirehli döyüş maşını itirdiyi iddia edilir.
Eyni zamanda, rus işğalçılarının 2023-cü ildə 2022-ci ilə nisbətən təxminən 40% az texnika itirdiyi iddia edilir.
Kəşfiyyatın qeyd etdiyi kimi, çox güman, zirehli texnika itkisi nisbətlərinin azalması 2023-cü ildə müharibənin getdikcə mövqe xarakterli olması və Rusiyanın ilin əhəmiyyətli hissəsini müdafiə mövqeyində keçirməsi ilə bağlıdır.
Eyni zamanda, 2023-cü ilin oktyabrından Ukraynanın şərqindəki Rusiya quru qoşunları yenidən hücuma keçib. Bu dövrdə Rusiyanın ağır texnikasında itkiləri artıb və işğalçılar 365-ə qədər tank və 700-ə qədər zirehli döyüş maşını itirərək, cüzi ərazi qazancları əldə etdilər.
"Bununla belə, Rusiya, şübhəsiz ki, ayda ən azı 100 əsas döyüş tankı istehsal edə bilər və döyüş meydanındakı itkiləri əvəz etmək və yaxın gələcəkdə bu səviyyədə hücum fəaliyyətini davam etdirmək qabiliyyətini özündə saxlayır”, - kəşfiyyat agentliyi bildirib.
Qeyd edək ki, 2023-cü ilin dekabrında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Rusiyanın pilotsuz təyyarələrin istehsalında irəliləyiş əldə etdiyini bildirib. Bundan əlavə, Rusiya Federasiyası hazırda 2024-cü ilin fevralında Ukraynaya tammiqyaslı işğaldan əvvəl olduğundan daha çox raket istehsal edir.
Həmçinin Rusiya hərbi-sənaye kompleksi hazırda Ukraynanın işğalı nəticəsində yaranan silah itkilərinin ödənilməsi üzərində işləyir.
Alpər