Xəbər lenti

Rusiya ilə ABŞ arasında ticarət 2024-ün sonuna qədər minimum həddə düşəcək - KİV
Dünya 22:56 19.10.2024

Rusiya ilə ABŞ arasında ticarət 2024-ün sonuna qədər minimum həddə düşəcək - KİV

Mövcud tendensiyalar davam edərsə, 2024-cü ilin sonuna kimi Rusiya ilə ABŞ arasında ticarət dövriyyəsi 3,7 milyard dollara qədər azalacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" Amerika statistika xidmətinin məlumatlarına istinadən yazıb.

Yanvar-avqust aylarında Rusiyanın ABŞ-a ixracı 2,26 milyard dollar təşkil edib ki, bu da bir il əvvəl 3,4 milyard dollar olub. Ekspertlər qeyd edirlər ki, il ərzində tədarük təxminən 3,12 milyard dollara çata bilər.

Amerika müəssisələrinin Rusiyaya satışları yanvar-avqust aylarında 16% azalaraq 334 milyon dollar təşkil edib.

Co Baydenin ABŞ prezidenti olduğu dövrdə iki ölkə arasında ticarət dövriyyəsi altı dəfə azalıb. 3,7 milyard dollarlıq rəqəm 1992-ci ildən bəri ən aşağı göstəricidir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->